Tuesday, December 29, 2015

Maaş əfsanələri



İş dünyasına addım atmağımıza ilk səbəb puldur. Nə qədər pul qazanacağımız isə bizdən asılı olmadan gerçəkləşir. Bu sahədə araşdırmalar aparan "Payscale"in statistik göstəricilərinə əsasən demək olarki, insanların sadəcə 20%i verilən maaş miqdarının nələrdən asılı olduğunu başa düşür. Yerdə qalan 80% isə heçvaxt maaşlarından məmnun deyillər.


Necə deyərlər zəmanə dəyişib! "Payscale"in rəhbəri Tim Low işlərin əvvəlki kimi olmadığını, bir neçə il əvvələ qədər gücün işverənlərdə olsa da, ancaq hal hazırda işçilərdə olduğunu bildirib. İşçilər artıq haqq və hüquqlarını müdafiə edir, daha yaxşı iş şərtləri üçün səslərini belə yüksəldirlər. İş yerlərində maaş artımı haqqında istəklərin və qeyri-məmnunluqların sayı artdı.
İllərdir deyilən 3 maaş əfsanəsi :)
"Biz maaş istəyəndə pul tapılmır ancaq, özünə maşın alıb"
Müdir maaşı qaldırmır, çünki xəsisdir, özünə ev, maşın alır ancaq. Bir şirkətin işçilərinə az maaş verib, işçilər uzun vədədə əldən qaçırtmağı heç də məntiqli deyil. Heç bir şirkət işçilərinin getməyini istəmir, bu şirkət üçün daha da zərərli ola bilər, İşdən çıxan işçinin yerinə eyni təcrübəyə və etibarlılıqda birini tapmaq o qədər də asand deyil. Belə ki, bütün bunlar şirkət üçün bir xeyli xərcdir. Yeni işçi götürənə qədər işləri başqası görməli və ona pul ödəməli, yeni işçiyə uyğun təcrübəni qazandırmaq üçün vaxt sərf etməli və bəzi məqamlarda hətta pul da xərcləməli olacaqdır. İstisnalar həmişə var, ancaq şirkət sizə istədiyiniz maaşı ödəmirsə, bu çox vaxt "kifayət qədər gəliri yoxdur" mənasına gəlir.
"Maaşım azdır amma olsun, təcrübə qazanıram"
PayScale insanların iş yerlərində sadəcə maaşlarına görə dəyər verdiyi əfsanəsinin tərsini deyir. Belə
ki, 2015ci ildəki araşdırmalara görə işdən çıxma səbəblərinə aşağı maaş liderlik edir. Eyni araşdırma iqtisadiyyatın inkişaf etməsi nəticəsində işçilərin gücləndiyini, gözləntilərinin artdığını və daha çox haqqlarını müdafiə etdiyini deyir. Dolayısı ilə "maaşım az olsa da, olsun" deyənlərin sayı az olsa da, var.
"Belə olmaz, sabah müdirə maaşımı artırmağını deyəcəm"
Müdirlə maaş haqqında danışmaq əfsanəsi :). Bu mövqe ilə əlaqədar müdirlə görüşmək tam şəffaflıq tələb edir. Hər iki tərəfin də bir birini yaxşı başa düşməsi üçün açıq danışmaq şərtdir. Bu mövzuda müdirlərin üzərinə daha çox yük düşür. Əgər maaş mövzusu işçi və müdir arasında danışılmazsa, işçilər öz aralarında danışacaqdır və maaş strategiyanız dillərə dastan olacaqdır.

Unknown Blogger

Yazar, sevgili, oğul, gələcək ata, cavan HR, gənc ERPçi, sədr və s.

No comments:

Post a Comment